“Tanok” 120 mm-lik lazerlə idarə olunan tank topu sursatı tanklarda və digər lüləli odlu silahlarda istifadə edilən adi artilleriya sursatlarına innovativ alternativ olaraq döyüş meydanında yüksək effektivlik, dəqiqlik və sərfəli həll təklif etmək üçün hazırlanıb.
“Tanok” raketi dizaynı ilə Silahlı Qüvvələrin lazerlə idarə olunan tank əleyhinə artilleriya döyüş sursatlarına olan ehtiyacını qarşılamaqla yanaşı, kiçik çəkisi və istifadəçiyə zərər verməyən atış mühərriki sayəsində həm portativ, həm də quru platformalarından buraxıla bilir.
Sistem xüsusiyyətləri
• Əlavə quraşdırmaya ehtiyac olmadan tanklardan atış
• Yarımaktiv lazer idarəetmə ilə hərəkətli və stasionar hədəflərə qarşı yüksək zərbə performansı
• Birbaşa və üstdən zərbə rejimləri
• Zirehdəlici tandem döyüş başlığı ilə bütün zirehli təhdidlərə və bunkerlərə qarşı effektivlik
Texniki xüsusiyyətlər
• Çap: 120 mm
• Uzunluq: 984 mm
• Çəki: 11 kq
• Mənzil: 1-6 km
• Axtarış başlığı: Lazer axtarış başlığı
• Döyüş başlığının növü: Zirehdəlici tandem
• Hədəf növü: Ağır/yüngül zirehli vasitələr
• Platformalar: Tank, quru platformaları
Dəyanət Ağalarlı
Ordu.az