ABŞ İsrail və Birləşmiş Ştatlar ordusu üçün 35 ədəd CH-53K helikopteri sifariş edib

2023/08/2023--1693204603.jpg
Oxunub: 137     16:43     28 Avqust 2023    
ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) “Lockheed Martin” və “Sikorsky” şirkətlərindən 35 ədəd CH-53K ağır yük helikopteri üçün 2,7 milyard dollarlıq müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu müqavilə çoxməqsədli helikopterlər üçün imzalanmış ən böyük müqavilədir.

Müqavilənin təfərrüatlarına görə, sifariş edilən CH-53K-lərdən 27-si ABŞ Dəniz Piyadaları Korpusuna, qalan 8-i isə İsrailə təhvil veriləcək.

“Sikorsky” prezidenti Paul Lemmo razılaşma ilə bağlı açıqlamasında qeyd edib: “Bizim uzun müddətdir davam edən tərəfdaşlığımız ABŞ Dəniz Piyadaları Korpusunun ehtiyac duyduğu qabiliyyəti və hazırlığı təmin edən bu ən yaxşı məhsullarla daha da gücləndiriləcək”.

Məlumata görə, helikopterlərin təhvil verilməsinə 2026-cı ildə başlanacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail   CH-53K  


Bizi "telegram"da izləyin