Ordu.az xəbər verir ki, bu barədə məlumat ABŞ-ın Afrika Komandanlığının rəsmi saytında yerləşdirilib.
Məlumata görə, əməliyyat nəticəsində 13 yaraqlı məhv edilib.
"Zərbə avqustun 26-da Kismayo şəhərindən 45 km şimal-qərbdə, Somali qüvvələrinə dəstək məqsədilə həyata keçirilib", - komandanlığın məlumatında deyilir. Mülki əhali arasında zərərçəkən yoxdur.
“Aş-Şabab” qruplaşması 2004-cü ildə Somalidə yaranıb. Onun 10 minə qədər yaraqlısı var.
Ordu.az