MİT-dən nöqtə əməliyyatı: PKK-nın məsul kuryeri məhv edilib

2023/08/64eaf-1693122350.jpg
Oxunub: 225     11:19     27 Avqust 2023    
Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) PKK/KCK terror təşkilatının sözdə İraq-Suriya üzrə kuryer "zabiti"nə qarşı nöqtə əməliyyatı həyata keçirib.

Ordu.az yerli KİV-ə istinadən xəbər verir ki, əməliyyatla "Doğan" kod adlı Kadri Encun məhv edilib.

Bildirilir ki, sözügedən terrorçu Pənçə-Kilit əməliyyatlarına qarşı Qara, Zap, Metina və Haftanində əməliyyat keçirəcək terror qruplarının keçidini təmin edirmiş.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MİT   PKK  


Bizi "telegram"da izləyin