Ordu.az-ın xəbərinə görə, bu barədə ABC telekanalı məlumat yayıb.
Bundan əvvəl qəza nəticəsində 23 ABŞ dəniz piyadasının yaralandığı açıqlanıb. Şimal ərazi polisinin komissarı Maykl Merfi bildirib ki, yaralı hərbçilərdən 3-ü Darvin şəhər hospitalına yerləşdirilib.
***
Amerikalı dəniz piyadaları daşıyan helikopterin qəzaya uğraması nəticəsində azı 23 nəfər yaralanıb.
Ordu.az xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.
“Yaralananlar ABŞ-nin 23 dəniz piyadasıdır və biz onları normal qaydada müalicə üçün Darvinə qaytarmaq üçün əlimizdən gələni edirik”, - Avstraliyanın Şimali Karolina ştatının polisinin komissarı Maykl Mörfi bildirib.
***
Avstraliya sahillərində helikopter qəzasından sonra amerikalı bir neçə dəniz piyadası xilas edilib.
Ordu.az xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.
“Bir neçə hərbçi Darvinin (Avstraliyanın şəhəri - red.) şimalındakı Tivi adalarında hava nəqliyyatının qəzaya uğradığı yerdən xilas edilib”, - məlumatda deyilib.
Eyni zamanda telekanal qeyd edib ki, qəza nəticəsində ölənlər barədə məlumat yoxdur.
***
Göyərtəsində ABŞ dəniz piyadalarının olduğu hərbi helikopter Avstraliyanın şimalında Predator's Run 2023 təlimi zamanı qəzaya uğrayıb. Qəza zamanı itkin düşən əsgərlərin axtarışları davam edir.
Ordu.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Bildirilib ki, “Predator's Run 2023” təlimləri zamanı hərbi helikopterlə bağlı insident baş verib: “İlkin məlumatlara görə, insident zamanı ABŞ Müdafiə Nazirliyinin əməkdaşları xəsarət alıb. Avstraliya hərbçiləri helikopterdə olmayıb".
Hadisə yerində xilasetmə işləri davam edir.
Zərərçəkənlərlə bağlı məlumat verilmir.
***
ABŞ-nin 20 dəniz piyadasını daşıyan "V-22 Osprey" hərbi helikopteri Avstraliya sahillərində qəzaya uğrayıb.
Ordu.az xəbər verir ki, bu barədə "SkyNews" məlumat yayıb.
Telekanalın məlumatına görə, hadisə Melvil adası yaxınlığında Avstraliya, ABŞ, İndoneziya, Filippin və Şərqi Timordan olan şəxsi heyətin iştirak etdiyi "Predators Run" təlimləri zamanı baş verib.
"SkyNews"un məlumatına görə, ekipaj üzvləri itkin düşüb.
Ordu.az