Azərbaycan Prezidenti: "Növbəti bayram tədbirləri oktyabrın 17-də Füzuli şəhərində olacaq"

2023/08/7b267-1693063000.jpg
Oxunub: 339     18:52     26 Avqust 2023    
"Mənim Fərmanımla növbəti bayram tədbirləri oktyabrın 17-də Füzuli şəhərində olacaq".

Ordu.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 26-da Laçın rayonunun Zabux kənd sakinləri ilə görüşündə deyib.

"Bu gün Laçın Şəhəri Günüdür. Çünki 26 avqust - keçən ilin bu günündə ordumuz Laçın şəhərinə daxil oldu. Beləliklə, 26 avqust bundan sonra Laçın Şəhəri Günü kimi qeyd olunacaq. Azad edilmiş bütün şəhərlərimizin şəhər günləri təsis edildi. Mənim Fərmanımla növbəti bayram tədbirləri oktyabrın 17-də Füzuli şəhərində olacaq", - dövlət başçısı qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev  


Bizi "telegram"da izləyin