ABŞ HDQ 1 milyard dollarlıq F-35 hissələri sifariş edib

2023/08/1693031873.jpg
Oxunub: 224     17:42     26 Avqust 2023    
ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) bu həftə “Lockheed Martin” və “Pratt & Whitney” şirkətləri ilə F-35 Birgə Hücum Təyyarəsi üçün hissələr və avadanlıqların alınması məqsədilə 1 milyard dollardan çox müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, Pentaqon “Lockheed”in HDQ, Dəniz Piyadaları və Hərbi Hava Qüvvələri (HHQ) üçün F-35-lərdə dəbilqəyə quraşdırılmış ekran sistemlərinin tədarükü üçün əvvəllər imzalanmış müqaviləyə 347 milyon dollarlıq sabit qiymət dəyişikliyi aldığını açıqlayıb.

Çərşənbə axşamı ABŞ HDQ Xarici Hərbi Satış müştəriləri və ABŞ-dən kənar Saxlama Müəssisələri iştirakçıları üçün 173 ədəd F-35-in hazırlanmasına istifadə üçün uzunmüddətli materiallar, hissələr və komponentlər almaq məqsədilə “Lockheed” ilə əvvəllər imzalanmış müqaviləyə əlavə 607 milyon dollarlıq düzəliş edib.

Pentaqon bazar ertəsi həmçinin RTX-nin (keçmiş adı ilə “Raytheon Technologies”) törəmə şirkəti olan “Pratt & Whitney”in F-35-lərin F135 mühərrikləri üçün qabaqcıl uzunmüddətli avadanlıqların tədarükü məqsədilə 59 milyon dollardan çox dəyərində müqavilə dəyişikliyi aldığını bildirib.

Bu müqavilə F-35-i uçuran bütün ABŞ silahlı qüvvələrinə, həmçinin ABŞ Müdafiə Nazirliyindən kənarda FMS müştərilərinə və iştirakçılarına dəstək verəcək.

Pentaqonun dəbilqə müqaviləsi ilə bağlı verdiyi açıqlamada “Lockheed”in işini şirkətin əsas F-35 zavodunu işlətdiyi Texas ştatının Fort-Uort şəhərində aparacağı və 2026-cı ilin dekabrına qədər tamamlanması gözlənildiyi qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Pentaqon   F-35  


Bizi "telegram"da izləyin