İraqın şimalında türk əsgəri şəhid olub

2023/08/1693031067.jpg
Oxunub: 4753     10:21     26 Avqust 2023    
İraqın şimalında baş verən partlayışda türk əsgəri şəhid olub.

Ordu.azxəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“25 avqust 2023-cü il tarixində “Pençe-Kilit” əməliyyatı zonasına PKK separatçı terror təşkilatı üzvləri tərəfindən yerləşdirilmiş əldəqayırma partlayıcının partlaması nəticəsində ağır yaralanan əsgər Erkan Selçuk xəstəxanaya çatdırılıb. Lakin, onun həyatını xilas etmək mümkün olmayıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, Türkiyə Şimali İraqda “Pençe-Kilit” əməliyyatına 2022-ci ilin aprelində başlayıb. Əməliyyatın məqsədi bölgənin terrorçulardan təmizlənməsidir. Ankara bu təşkilatı milli təhlükəsizliyə əsas təhdidlərdən biri hesab edir. PKK ilə münaqişə 1984-cü ildən davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Əsgər   Şəhid   İraq  


Bizi "telegram"da izləyin