Ordu.az xəbər verir ki, əməliyyatda müttəfiq hərbi birləşmələr də iştirak edib: qüvvələrin belə nadir koordinasiyası 2010-cu illərin ortalarından bəri terrorçulara qarşı mübarizədə ən mühüm uğurlar əldə etməyə imkan verib.
Avqustun əvvəlində Somali prezidenti Həsən Şeyx Mahmud "Əş-Şəbab"ı beş ay ərzində məğlub edəcəyinə söz vermişdi. Hökumət qüvvələrinin əməliyyatı zamanı terrorçular ölkənin mərkəzi hissəsində geniş ərazilərdən çıxarılıb, lakin qruplaşma irimiqyaslı hücumlar etməkdə davam edir.
Somali hakimiyyəti həm də hücumun ikinci mərhələsini - "Əş-Şəbab"ın əsas bazası sayılan Somalinin cənubunda həyata keçirəcəyini vəd edib. Hakimiyyət bu əməliyyatın başlama vaxtını açıqlamayıb.
Qoşunlar ötən ilin avqustunda terrorçuların mövqelərinə hücuma başlayıb.
Ordu.az