ABŞ HDQ yeni “USS Ted Stevens” esminesini suya endirib

2023/08/US_Te-1692947632.jpg
Oxunub: 159     17:32     25 Avqust 2023    
ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) üçüncü “Flight III Arleigh Burke” sinfinə məxsus idarəolunan raket esminesi “Ted Stevens”in (DDG 128) uğurla suya endirildiyini açıqlanıb.

Ordu.az xəbər verir ki, “USS Ted Stevens” “Arleigh Burke” sinfinin 76-cı gəmisidir və adını İkinci Dünya müharibəsində pilot olmuş, daha sonra Alyaskanı təmsil edən ABŞ senatoru kimi çalışmış keçmiş ABŞ senatoru Ted Stivensin şərəfinə götürüb.

Bu ilin iyun ayında “Huntington Ingalls Industries” (HII) ilk “Flight III Jack H. Lucas” (DDG 125) da daxil olmaqla, ABŞ HDQ-yə ümumilikdə 35 ədəd “Arleigh Burke” sinfinə məxsus esmines təhvil verib.

“Ingalls Shipbuilding”in hazırda inşa edilməkdə olan 4 ədəd “Flight III” gəmisi var. Bundan əlavə, şirkət bu ayın əvvəlində daha 6 esminesin inşasına dair müqavilə imzalayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HDQ  


Bizi "telegram"da izləyin