Avstraliya “Tomahawk” və “Spike LR” raketlərinə 1,7 milyard dollar sərmayə qoyur

2023/08/2023--1692859291.jpg
Oxunub: 200     11:21     24 Avqust 2023    
Avstraliya ABŞ-dən 200-dən çox “Tomahawk” qanadlı raketi almaqla bu qabiliyyətə malik elit ölkələr qrupuna qoşulmağa hazırlaşır.

Ordu.az xəbər verir ki, Avstraliya Kral Hərbi Dəniz Qüvvələrinin “Hobart” sinfinə məxsus esminesləri üçün nəzərdə tutulan və 1500 kilometr mənzilə malik olan raketlər təxminən 1,3 milyard dollara başa gələcək.

Avstraliyanın “Defense Express”in verdiyi məlumata görə, “Tomahawk” raketlərinə əlavə olaraq, 431 milyon dollar dəyərində 60-dan çox AARGM-ER (inkişaf etdirilmiş radiasiya əleyhinə idarə olunan raket - uzadılmış mənzil) alacaq.

Düşmən radar sistemlərini hədəf almaq üçün nəzərdə tutulan bu hava-yer raketləri “Growler”, “Super Hornet” və tezliklə istismara veriləcək F-35A “Lightning II” döyüş təyyarələri də daxil olmaqla, Avstraliya Kral Hərbi Hava Qüvvələrinin parkına inteqrasiya ediləcək.

Quruda isə ordunun “Boxer” döyüş kəşfiyyat vasitələri “Spike Long-Range 2” (Spike LR2) idarə olunan tank əleyhinə raketləri ilə təchiz ediləcək. Bu təkmilləşdirmə hərbi qulluqçulara beş kilometrdən çox məsafədən düşmənə hücum etməyə imkan verəcək.

“Varley Rafael Australia”nın gələn il bu “Spike” raketlərinin ilk partiyasını 50 milyon dollarlıq müqavilə ilə təhvil verməsi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Tomahawk   SpikeLR  


Bizi "telegram"da izləyin