KXDR-in buraxdığı raketinin bəzi hissələri okeana düşüb - YENİLƏNİB

2023/08/1692853655.jpg
Oxunub: 158     02:29     24 Avqust 2023    
Yaponiya Müdafiə Nazirliyi KXDR-in buraxdığı raketinin bəzi hissələrinin Yaponiya cənubunda okeana düşməsini qeydə alıb.


Ordu.az-ın xəbərinə görə, Şimali Koreya raketinin hissələri Yaponiyanın eksklüziv iqtisadi zonasından kənara düşüb. Dağıntı və tələfat yoxdur.

***

Şimali Koreya ilk kəşfiyyat peykini daşıdığı ehtimal edilən raket buraxıb.

Ordu.az xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.

Bununla əlaqədar olaraq, Yaponiyada J-Alert xəbərdarlıq sistemi işə düşüb. Okinava prefekturasının sakinlərinə raket qalıqlarının düşməsi halında daldalanacaqlara sığınmaq tövsiyə olunub.

Atışdan təxminən 15 dəqiqə sonra raket Yaponiyanın hava məkanını Okinava üzərindən keçərək Sakit okeana doğru uçduğu üçün təxliyə xəbərdarlığı ləğv edilib. Eyni zamanda, Yaponiya raketi vurmağa cəhd etməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin