ABŞ HHQ ARRW hipersəs raketinin sınağını keçirib

2023/08/2023--1692776637.jpg
Oxunub: 158     14:43     23 Avqust 2023    
ABŞ Hərbi Hava Qüvvələri (HHQ) AGM-183A Havadan Atılan Sürətli Reaksiya Hipersəs Silahı prototipinin son sınağını keçirərək “Mach 5”dən daha sürətli hərəkət edə bilən gələcək silahların inkişafına kömək edəcəyinə ümid etdiyi məlumatları toplayıb.

Ordu.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin verdiyi açıqlamada B-52H “Stratofortress”in Cənubi Kaliforniya sahillərində tam işlək ARRW prototipini işə saldığı bildirib.

ARRW “Lockheed Martin” tərəfindən istehsal edilib. Bu ARRW sınağı mart ayında başqa bir əməliyyat prototipinin uğursuz sınağından sonra ilk sınaqdır.

Bu sınaqla bağlı verilən açıqlamada sınağın hədəflərinə nail olunub-olunmadığı məsələsində səssiz qalınmasının ardından ABŞ HHQ katibi Frank Kendall qısa müddət sonra Konqresə sınağın uğurlu olmadığı deyib.

Kendall həmçinin millət vəkillərinə xidmətin HACM-ə ARRW-dən daha çox bağlı olduğunu və ARRW-nin gələcəyinin şübhə altında olduğunu, proqrama davam edib-etməmə qərarının 2025-ci il maliyyə büdcəsi prosesinin bir hissəsi kimi veriləcəyini bildirib.

Hipersəs silahları “Mach 5” və ya saatda 3836 mildən daha yüksək sürətlə hərəkət edir və yüksək manevr qabiliyyətinə malikdir, bu da onları izləmək və vurmaqda çətinlik yaradır.

Qanunvericilər ABŞ ordusunun hipersəs silahlarının hazırlanması və yerləşdirilməsi üçün kifayət qədər səy göstərməməsindən və ölkənin Çin və Rusiyanın hipersəs imkanlarından geri qala biləcəyindən narahat olduqlarını bildiriblər. ABŞ HHQ 19 avqust sınağının konkret məqsədlərini müzakirə etməyəcəyini bildirib və sınağın uğurlu olub-olmadığını açıqlamayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ   ARRW  


Bizi "telegram"da izləyin