ABŞ-nin Asiyada orta və kiçik mənzilli raketlər yerləşdirməsi Uzaq Şərqi təhdid edir

2023/08/6d5f7-1692720212.jpg
Oxunub: 251     19:37     22 Avqust 2023    
Yaponiya və ABŞ-nin Asiyada orta və kiçik mənzilli raketlər yerləşdirməsi Rusiyanın Uzaq Şərqinin təhlükəsizliyini təhdid edir.

Ordu.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Uzaq Şərq Federal Dairəsinin təhlükəsizliyi üzrə iclasda deyib.

"Pentaqonun Asiyada orta və kiçik mənzilli raketlər yerləşdirmək planlarında Yaponiyaya da mühüm rol ayrılır ki, bu da bizim Uzaq Şərqdəki ərazilərimizin təhlükəsizliyinə əlavə təhdid yaradır", - Patruşev deyib.

Qeyd edək ki, avqust ayında Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov bildirib ki, ABŞ Rusiya və Çinə qarşı mübarizə aparmaq üçün Asiya-Sakit Okean regionunda müttəfiqlər şəbəkəsi yaratmağa hazırlaşır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Asiya  


Bizi "telegram"da izləyin