ASELSAN öz məhsullarını və imkanlarını Böyük Britaniyada nümayiş etdirəcək

2023/08/2023--1692338290.jpg
Oxunub: 0     11:21     18 Avqust 2023    
Türkiyənin müdafiə sənayesi şirkətlərindən olan ASELSAN 2023-cü il sentyabrın 12-15-də İngiltərənin paytaxtı Londonda keçiriləcək 22-ci Beynəlxalq Müdafiə və Təhlükəsizlik Sərgisində (DSEI) iştirak edəcək.

Ordu.az xəbər verir ki, 3 nömrəli zalda 430 nömrəli stenddə qonaqlarını qəbul edəcək ASELSAN sərgi çərçivəsində müxtəlif görüşlər keçirəcək.

DSEI 2019 Müdafiə Sənayesi Komitəsi (MSK) və Müdafiə və Aviasiya Sənayesi İxracatçıları Birliyinin (SSI) rəhbərliyi altında Türkiyədən 42 şirkətin iştirakı ilə keçirilib.

Bu çərçivədə ASELSAN ilə dünyanın ən böyük zirehli quru nəqliyyat vasitələri istehsalçılarından biri olan Finlandiyanın “Patria” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu razılaşma ilə “Patria” vasitələrində ASELSAN silah sistemlərindən istifadə edərək ortaq həllərin təmin edilməsi hədəflənib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   ASELSAN   Patria  


Bizi "telegram"da izləyin