Ordu.az xəbər verir ki, bu barədə Xavyer Miley “Bloomberg“ nəşrinə müsahibəsində bildirib.
Argentina prezidentliyinə namizəd Miley qeyd edib ki, o, sosialistlərin hakimiyyətdə olduğu dövlətlərlə münasibət saxlamayacaq.
Mileyin fikrincə, Argentina, Braziliya, Paraqvay, Uruqvay və Venesuela arasında yaradılmış “Mercosur” aşağı keyfiyyətli təşkilatdır, üzvləri üçün çətinliklər yaradır.
Miley həmçinin, Venesuela, Nikaraqua və Kubanın siyasətini də tənqid edib və Amerika xalqının seçdiyi istənilən ABŞ prezidenti ilə əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Ordu.az