Avstraliya MRH-90-ı UH60 ilə əvəz edir

2023/08/1691653405.jpg
Oxunub: 186     12:51     24 Avqust 2023    
Avstraliya ordusu problemli MRH-90 “Taipan” parkını əvəz etmək üçün ABŞ-dən ilk UH-60M “Black Hawk” helikopterlərini təhvil alıb.

Ordu.az xəbər verir ki, iki “Sikorsky UH-60M Black Hawk” ötən həftə Avstraliyanın “Taipan” helikopterlərindən birinin çoxmillətli hərbi təlim zamanı qəzaya uğramasından cəmi iki gün sonra Riçmonddakı aviabazaya gəlib.

“ABC News”un əldə etdiyi uçuş məlumatlarına görə, yeni helikopterlər ölkənin 6-cı Aviasiya Alayına dəstək olmaq üçün “Holsworthy” Hərbi Bazasına təhvil verilib.

Bu ilin əvvəlində Avstraliya hökuməti təxmini dəyəri 1,9 milyard dollar olan 40 ədəd UH-60M “Black Hawk” helikopteri aldığını elan edib.

Satınalmaya 40 ədəd UH-60M “Black Hawk” Ümumi Məqsədli Helikopteri, 80+8 ədəd T-700-GE-701D Turboşaft Mühərriki, 44 ədəd AN/AAR-57 Raket Xəbərdarlığı Sistemi (CMWS) və əlavə avadanlıq dəstinin satışı daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   MRH-90   UH60  


Bizi "telegram"da izləyin