F-35-də proqram təminatı problemi: Ödənişlər saxlanılır, təyyarələr anbardadır

2023/08/1691571619.jpg
Oxunub: 272     15:16     22 Avqust 2023    
ABŞ Müdafiə Nazirliyi Pentaqon “Lockheed Martin” tərəfindən təmir edilən ilk dörd F-35-in hər biri üçün 7 milyon dollar ödəməyi dayandırıb və sınaqlar onların proqram təminatının yeni imkanlar verdiyini göstərənə qədər döyüş təyyarələri anbarda saxlanılacaq.

Ordu.az xəbər verir ki, F-35-in daha dəqiq silahlar daşıya bilməsi, düşmən təyyarələri və hava hücumundan müdafiə vasitələri haqqında daha çox məlumat toplaya bilməsi üçün yeni pilot kabinəsi aparat və proqram təminatı yeniləmələrinə ehtiyacı var.

TR-3 təkmilləşdirilməsi F-35-in hazırkı imkanları ilə müqayisədə emal gücünü 37 dəfə, yaddaşı isə 20 dəfə artıracaq.

Bununla belə, F-35-in “Technology Refresh 3” və ya TR-3 kimi tanınan təkmilləşdirmələrlə bağlı proqram problemləri əhəmiyyətli gecikmələrə səbəb olur.

Pentaqon iyun ayında TR-3 ilə birlikdə yeni istehsal edilən F-35-ləri təkmilləşdirmələr tam hazır olana qədər qəbul etməyəcəyini açıqlamışdı.

İndi Pentaqon proqram təminatı ilə bağlı problemlər həll olunana qədər ödənişləri dayandırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: F-35   ABŞ  


Bizi "telegram"da izləyin