Ordu.az xəbər verir ki, maliyyə çətinlikləri və yüksək inflyasiya ilə mübarizə aparan ölkəsinə daha çox xarici sərmayə cəlb etmək istəyən Ərdoğan üçün risk yüksək idi.
Bununla belə, Ərdoğan çərşənbə axşamı Səudiyyə Ərəbistanına səfər edərkən “Baykar” Səudiyyə Ərəbistanına dəqiqləşdirilməmiş sayda “Bayaraktar Akıncı” Pilotsuz Uçuş Aparatı (PUA) satacağını açıqlayıb.
2019-cu ildən Türkiyə “Baykar” PUA-larını satmağa başlayandan bəri bu silahlar Azərbaycan, Ukrayna, Liviya, Suriya, İraq, Efiopiya və Somali də daxil olmaqla dünyanın müxtəlif yerlərində münaqişə zonalarında istifadə olunur.
Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun məlumatına görə, indiyədək 29 ölkə Türkiyə istehsalı olan PUA-lar alıb, 4 ölkə danışıqlar aparır, 7 ölkə isə bu alışda açıq şəkildə maraqlı olduğunu bildirib.
Türkiyə həmçinin Səudiyyə Ərəbistanı, Ukrayna və Qazaxıstan da daxil olmaqla müxtəlif ölkələrlə PUA müqavilələri üzərində işləyir.
Sevinc Əliyeva
Ordu.az