Bu barədə
Ordu.az-a Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, başçəkmə çərçivəsində istintaq təcridxanasında saxlanma şəraiti və rəftar məsələləri, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyəti araşdırılıb, müəssisənin kameralarına, tibb-sanitar hissəsinə, yeməkxanasına, kitabxanasına, gəzinti yerinə baxış keçirilib.
Ombudsmanın Milli Preventiv Qrupunun üzvlərinin, ixtisasca həkim və psixoloq ekspertlərin də iştirak etdiyi başçəkmə zamanı rəftar məsələlərinin araşdırılması məqsədilə saxlanılan şəxslərlə konfidensial olaraq görüşülüb.
Müəssisədə digər şəxslərlə yanaşı, 2023-cü il avqustun 1-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini qanunsuz keçdiyinə görə həbs olunmuş Ermənistan vətəndaşı R.Beqlaryan da konfidensial qaydada qəbul edilib. Milli Preventiv Qrupun üzvləri tərəfindən ona öz dilində qanunvericilik aktları təqdim olunub. Aparılan söhbət zamanı həbs edilmiş bu şəxsə münasibətdə də hər hansı fərq qoyulmadan hüquqlarının təmin olunduğu, lazımi tibbi-psixoloji xidmətin göstərildiyi müşahidə edilib və özü də bunları müraciətində təsdiq etməklə minnətdarlığını bildirib.
Başçəkmə zamanı qəbul edilmiş şəxslərə hüquqları üzrə müraciət mexanizmləri izah olunub, eləcə də milli qanunvericilik aktları və beynəlxalq sənədlər, Ombudsmanın "916" Çağrı Mərkəzinə müraciət imkanlarına dair məlumatlandırıcı nəşrlər təqdim olunub.
Ordu.az