Ordu.az xəbər verir ki, “Data Robot” adlı proqram iyul ayı ərzində Corciya ştatının Fort Qordon şəhərində keçirilən “Cyber Quest” sınaqlarının bir hissəsi olub.
Səlahiyyətlilər bunun əvvəllər Havayda Sakit Okean İzləmə Təlimi zamanı sınaqdan keçirildiyini bildiriblər.
Kiber Müharibə Laboratoriyasının direktoru, polkovnik Brett Riddl iyulun 28-də keçirilən “Cyber Quest” brifinqində jurnalistlərə açıqlamasında deyib: “Biz komandirlərə lazımi anda düzgün məlumat vermək istəyirik ki, düşmənə təsir edə bilək. Məqsədimiz budur”.
Sevinc Əliyeva
Ordu.az