Maduro Quranın yandırılmasına göz yuman Avropa liderlərini tənqid edib

2019/12/10735-1577616081.jpg
Oxunub: 178     09:50     07 Avqust 2023    
Venesuela Prezidenti Nikolas Maduro “Al-Mayadin” telekanalının efirində İsveç və Danimarkada Quranın yandırılmasına reaksiya verməyən Avropa dövlətlərinin liderlərini tənqid edib.

Ordu.az xəbər verir ki, Maduro bildirib ki, müqəddəs kitabların yandırılmasına göz yumanlar bu prosesdə dolayısı ilə iştirak edirlər.

Maduro mövcud problemi işıqlandırmayan KİV-ləri də qınayıb. O, müsəlmanlara qarşı nifrət cinayətlərini və Avropada Quran nüsxələrini məhv edən dairələrin fəaliyyətini qəti şəkildə pislədiyini etiraf edib.

“Kimsə müqəddəs kitabımızı yandırmağa başlasa, biz xristianlar özümüzü necə hiss edərdik? Əlbəttə ki, böyük inciklik olardı”, - Venesuela Prezidenti vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Maduro   Quran  


Bizi "telegram"da izləyin