Rusiya və Çin ABŞ sahillərinə ən böyük flotiliya göndərib

2021/08/10325-1629707914.jpg
Oxunub: 330     18:09     06 Avqust 2023    
Rusiya və Çin ABŞ sahillərinə ən böyük flotiliya göndərib.

Ordu.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

ABŞ rəsmiləri nəşrə verdiyi şərhdə Rusiya və Çinin 11 gəmisinin Aleut adalarına yaxınlaşdığını qeyd edib. Gəmilər Alyaska yaxınlığında patrul nəzarəti həyata keçirib və ABŞ-ın ərazi sularına daxil olmayıb.

Rusiya və Çin gəmilərini dörd Amerika esminesi və "P-8 Poseidon" təyyarəsi izləyib.

"Bu, tarixdə bir ilkdir. Ukraynadakı müharibəni və Tayvan ətrafındakı gərginliyi nəzərə alsaq, bu addım çox təxribat xarakterlidir", - Hərbi Dəniz Qüvvələrinin istefada olan kapitanı Brent Sadler bildirib.

ABŞ Şimal Komandanlığının nümayəndəsi Rusiya və Çinin Alyaska sahillərində patrul apardığını təsdiqləyib, lakin gəmilərin sayını açıqlamayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Çin  


Bizi "telegram"da izləyin