Rusiya diplomatları sentyabrda konsulluq açmaq məsələsi ilə Qafana gələcəklər

2022/01/566-1641376201.jpg
Oxunub: 345     13:46     04 Avqust 2023    
"Sentyabrda rusiyalı diplomatlar konsulluq açmaq üçün Zəngəzur vilayətinin Qafan şəhərinə gələcəklər".

Ordu.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar məlumat verib.

“Biz Rusiyanın Zəngəzur vilayətinin Qafan şəhərində baş konsulluğunun açılmasına fəal şəkildə hazırlaşırıq. Bu təşəbbüs mayın 25-də Moskvada keçirilən görüşdə liderlərimiz tərəfindən bəyənilib. Artıq sentyabr ayında Rusiya diplomatları bölgəyə gələcək və onlar operativ məsələlərin yerində həlli ilə birbaşa məşğul olacaqlar", - deyə Qonçar bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qafan  


Bizi "telegram"da izləyin