Rusiya XİN: Sülh sazişinin imzalanma tarixlərini tərəflər özləri müəyyənləşdirməlidirlər

2023/08/1691126942.jpg
Oxunub: 343     09:28     04 Avqust 2023    
"Azərbaycanla Ermənistan arasında tələsik sülh müqaviləsi bağlamaq cəhdi gələcəkdə yeni münaqişələrə gətirib çıxaracaq".

Ordu.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.

“Tələsik hazırlanmış, kobud sülh sazişi regiona davamlı sülh gətirməyəcək. Əksinə, gələcəkdə yeni münaqişələrin, faciələrin əsasını qoyacaq. Prioritet sürətə deyil, balanslaşdırılmış və qarşılıqlı məqbul qərarların keyfiyyətli hazırlanmasına verilməlidir”, - deyə rusiyalı diplomat vurğulayıb.

Belə ki, o, diqqəti Qərb paytaxtlarından Bakı və İrəvanın “demək olar ki, yaxın həftələr və aylar ərzində” sülh müqaviləsi imzalaya biləcəkləri barədə mütəmadi açıqlamaların edilməsinə yönəldib. Qonçarın sözlərinə görə, Rusiya hesab edir ki, imzalanma tarixlərini tərəflər özləri müəyyənləşdirməlidirlər.

“Məsuliyyətli vasitəçilərin vəzifəsi fürsətçi mülahizələr naminə danışıqlar prosesini sürətləndirmək deyil, möhkəm uzunmüddətli razılaşmaların əldə olunmasına töhfə verməkdir. Onlar yerlərdəki reallıqlara, ilk növbədə, ən yüksək səviyyədə Rusiya-Ermənistan-Azərbaycan bəyanatlarına və onların əsasında fəaliyyət göstərən mexanizmlərə əsaslanmalıdır”, - deyə o fikirlərini yekunlaşdırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin