Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıdıqdan sonra Rusiyaya qarşı istənilən tələb yersizdir" - Zaxarova

2023/08/1690973016.jpg
Oxunub: 2875     14:40     02 Avqust 2023    
"Ermənistan rəhbərliyi Qarabağı Azərbaycanın ərazisi kimi tanıdıqdan sonra Rusiyaya qarşı istənilən tələb ikiqat yersiz görünür".

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

Onun sözlərinə görə, ən yüksək səviyyədə Rusiya sülhməramlı qoşunlarının yerləşdiyi ərazidə təhlükəsizliyin təmin edilməsinə verdiyi töhfə dəfələrlə qeyd edilib, vəziyyətin tənzimlənməsi üçün fəaliyyətinin zəruriliyi vurğulanıb.

"Ona görə də hər şeyi şübhə altına almaq cəhdləri böyük suallar doğurur. Bu niyə edilir? Ümumiyyətlə, Ermənistan rəhbərliyi Qarabağı Azərbaycanın ərazisi kimi tanıdıqdan sonra Rusiyaya qarşı istənilən tələb ikiqat yersiz görünür", - Zaxarova bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Ermənistan   Qarabağ  


Bizi "telegram"da izləyin