Dövlət sərhədini pozan Ermənistan vətəndaşı ilə bağlı yeni detallar - YENİLƏNİB (FOTO)

2023/08/16238-1690873893.jpg
Oxunub: 2207     20:55     01 Avqust 2023    
Azərbaycan sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozmuş Ermənistan vətəndaşı 1962-ci il təvəllüdlü Raşid Aramis Begleryanla bağlı bəzi detallar üzə çıxıb.

Ordu.az-ın məlumatına görə, o, “Laçın” keçid məntəqəsindən yan keçərək, sərhədi adlamağa cəhd edib.


Məlumata görə, Beqleryan guya “Spayka” humanitar yük daşıma şirkətinin sürücüsünün köməkçisidir. Lakin onun təxribatlar törətmək və ya belə əməllərə zəmin hazırlamaq məqsədilə Azərbaycan ərazisinə göndərilmiş Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı olduğunu deməyə əsas var.

*****

Avqustun 1-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozmuş Ermənistan vətəndaşı 1962-ci təvəllüdlü Raşid Beqleryan saxlanılıb.

Bu barədə Ordu.az-a DSX-dən məlumat verilib.

Bildirilib ki, faktla bağlı araşdırma aparılır.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Ermənistan   Təxribat  


Bizi "telegram"da izləyin