Böyük Britaniya Rusiya nümayəndələrinə BMT-nin sessiyasında iştirak üçün viza verməyib

2023/04/18179-1681888729.jpg
Oxunub: 1616     15:32     01 Avqust 2023    
Böyük Britaniya hökuməti Birləşmiş Millətlər Təşkilatının (BMT) Pensiya Fondunun Şurasının sessiyasında iştirak etmək üçün Rusiya nümayəndələrinə viza verməkdən imtina edib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin saytında məlumat verilib.

Məlumatda Böyük Britaniya hökumətinin Beynəlxalq Dəniz Təşkilatının (IMO) dəvəti ilə iyulun 23-dən 28-dək Londonda keçirilən BMT Birləşmiş Pensiya Fondunun Şurasının sessiyasında iştirak etmək üçün rusiyalı nümayəndələrə viza verilməməsi "məsuliyyətsizlik" olaraq adlandırılıb.

"Həmkarlarımıza müvafiq olaraq BMT Baş Assambleyası və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Konfransı tərəfindən bu rəhbər orqanları təmsil etmək səlahiyyəti verilmişdi", - məlumatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Böyük-Britaniya   Rusiya   BMT  


Bizi "telegram"da izləyin