Avstraliya Culian Assanjın azad edilməsinə çalışacaq

2023/08/1690870357.jpg
Oxunub: 4     10:01     01 Avqust 2023    
Avstraliya hökuməti ABŞ-ın "WikiLeaks" saytının yaradıcısı Culian Assanjı azad etməsi üçün çalışacaq.

Ordu.az xəbər verir ki, Avstraliyanın Baş naziri Entoni Albaneze jurnalistlərə açıqlamasında müvafiq bəyanatla çıxış edib.

Onun fikrincə, WikiLeaks-in yaradıcısının həbsi çox uzun sürdü və Avstraliya Assanjın azad edilməsi üçün yolların axtarılmasını davam etdirmək niyyətindədir.

Avstraliya hökumətinin başçısı onu da qeyd edib ki, Assanjın ABŞ-a ekstradisiyası ilə bağlı onun və Avstraliya hökumətinin mövqeyi dəyişməz olaraq qalır.

Xatırladaq ki, "WikiLeaks" saytının yaradıcısı Culian Assanj 2019-cu ilin 11 aprelində Britaniya polisi tərəfindən Ekvadorun Londondakı səfirliyində həbs olunub.

Assanj 2012-ci ildə zorlama ittihamı ilə həbs olunaraq İsveçə verilməsindən ehtiyat edərək Ekvador səfirliyinə sığınıb. Assanjın sözlərinə görə, İsveçin onu ABŞ-a təhvil verəcəyi halda onu ölüm hökmü gözləyir. Buna səbəb isə Assanjın yaratdığı "WikiLeaks" saytının Pentaqonun məxfi sənədlərini və müxtəlif gizli yazışmaları yaymasıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Culian-Assanj  


Bizi "telegram"da izləyin