Ordu.az xəbər verir ki, məlumatı “News18” telekanalı yayıb.
Bildirilib ki, ABŞ təlimdə iştirak edəcək silahlı qüvvələrin heyəti, sayı və digər texniki məsələləri hələ açıqlamayıb. Hindistan tərəfdən isə hərbi təlimdə "Marath" alayının hərbçilərinin iştirak edəcəyi məlumdur.
Məlumata görə, BMT-nin mandatına uyğun olaraq təlim cədvəlinə sülhməramlılıq, sülhün mühafizəsi ilə bağlı bütün əməliyyatlar, həmçinin, humanitar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması əməliyyatları da daxil ediləcək. Hər iki ölkənin qoşunları təbii fəlakət zamanı sürətli və koordinasiyalı yardım əməliyyatları keçirməyi məşq edəcək.
2022-ci ildə ABŞ və Hindistan Uttarakhand əyalətinin şimalında, Çinlə sərhəddən yüz kilometr aralıda yerləşən Auli kəndi ərazisində “Yudh Abhyas” hərbi təlimlər keçirib. O zaman təlimdə Hindistan ordusunun "Assam" alayının əsgərləri və ABŞ ordusunun 11-ci hava-desant diviziyasının əsgərləri iştirak ediblər. Həmçinin, ötənilki təlimlərə Hindistan ordusunda xidmətdə olan “Mi-17V5” hərbi-nəqliyyat helikopterləri, pilotsuz uçuş əleyhinə sistemlər və digər müasir silahlar cəlb olunub.
İlk “Yudh Abhyas” hərbi təlimi 2002-ci ildə keçirilib.
Ordu.az