Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub.
Bildirilib ki, Rusiya Ukraynanın işğalına başlayandan bəri bu helikopterlərdən təxminən 40 ədədini itirib, bununla belə helikopterlərin tətbiqi Ukraynaya baha başa gəlib.
Əlavə olunub ki, son aylarda Rusiya cənubda yeni və güclü modifikasiya edilmiş Ka-52M helikopterlərindən istifadə edir.
Məlumata görə, sözügedən helikopterlərin əsas üstünlüklərindən birinin onlara 15 kilometr məsafəyə malik “LMUR” tank-əleyhinə raket sistemlərinin inteqrasiya edilməsidir.
Vurğulanıb ki, Ka-52 helikopterləri bu raketlərlə Ukraynanın HHM qüvvələrinin mənzilinə girmədən atəş aça bilirlər.
Ordu.az