İƏT Somaliyə edilən terror hücumunu pislədi

2023/07/5D859-1688965086.jpg
Oxunub: 245     14:58     26 İyul 2023    
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha 24 iyul tarixində Somalidə yerləşən Moqadişu Hərbi Akademiyasına edilən terror hücumunu pisləyib.

Ordu.az xəbər verir ki, o, terror hücumu nəticəsində həlak olanların ailələrinə, Somali hökumətinə və xalqına başsağlığı verib.

Bundan əlavə, o, İƏT-in terrorizmin bütün forma və təzahürlərini pislədiyini, Somali hökumətinin terrorla mübarizə səylərini dəstəklədiyini bir daha vurğulayıb.

Qeyd edək ki, 24 iyul tarixində Somalinin paytaxtı Moqadişuda hərbi akademiyada kamikadzenin hücumu nəticəsində 30-dan çox əsgər həyatını itirib, çoxlu sayda insan yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İƏT   Somali  


Bizi "telegram"da izləyin