Qriqori Karasin: “Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının Moskva danışıqları müsbət qiymətləndirilməlidir”

2019/07/4242-1562777456.jpg
Oxunub: 2487     12:46     26 İyul 2023    
“Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 25-də Moskvada keçirilən üçtərəfli görüşü Ermənistan-Azərbaycan nomallaşma prosesi kontekstində zəruri mərhələ oldu”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin özünün sosial şəbəkə hesabında yazıb.

Onun fikrincə, danışıqlar müsbət qiymətləndirilməlidir.

"Sergey Lavrovun Azərbaycan və Ermənistandan olan həmkarları ilə danışıqları asan keçməsə də, faydalı oldu", - o yazıb.

Karasin qeyd edib ki, rəsmi Bakı ilə İrəvan arasında sülh müqaviləsi üzrə danışıqlar prosesinin çətinliklərinə baxmayaraq, Azərbaycanın ərazi bütövlüyü kontekstində Qarabağın erməniəsilli əhalisinin hüquqları və təhlükəsizliyi nəzərə alınmaqla, Moskva görüşünü zəruri və vaxtında baş tutan mərhələ hesab etmək olar.

"Tərəflər baş nazirlərin müavinləri səviyyəsində regionda kommunikasiyaların açılması üzrə yaradılmış üçtərəfli işçi qrupun səylərini davam etdirmək barədə razılığa gəliblər", - o vurğulayıb.

Komitə rəhbəri əlavə edib ki, tərəflər birgə səylərlə problemlərin həlli yollarını tapmaq niyyətində olduqlarını nümayiş etdiriblər. Nazirlər politoloqlar və vətəndaş cəmiyyəti arasında əlaqələrin intensivləşdirilməsi barədə razılığa gəliblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin