Böyük Britaniyada “Vaqner” terror təşkilatı kimi tanına bilər

2023/05/1684815346.jpg
Oxunub: 5052     10:29     26 İyul 2023    
Britaniya Parlamentinin İcmalar Palatasının Xarici Əlaqələr Komitəsi “Vaqner” təşkilatına qarşı sanksiyaların sərtləşdirilməsinə və onun terror təşkilatı kimi tanınmasına çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə komitənin hesabatına istinadla “Reuters” agentliyi məlumat yayıb.

Ölkə qanunvericilərinin fikrincə, hökumətin “Vaqner”ə qarşı sistemli yanaşması yoxdur. Bununla bağlı parlamentarilər “Vaqner”in maraqlarından çıxış edən təşkilatlar şəbəkəsinə qarşı məhdudiyyətlərin tətbiqinə çağırıblar.

Britaniya hökuməti öz növbəsində qeyd edib ki, London hələ 2020-ci ildə “Vaqner”in təsisçisi Yevgeni Priqojinə qarşı sanksiyalar tətbiq edib, şirkətin özü 2022-ci ilin martında Britaniyanın “qara siyahı”sında olub. “Biz “Vaqner” qrupuna, o cümlədən onun liderinə və bir neçə əsas komandirinə qarşı güclü sanksiyalar tətbiq etdik, onların səyahət imkanlarını məhdudlaşdırdıq və aktivlərini dondurduq”, - Böyük Britaniya Xarici İşlər Nazirliyi bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Vaqner   Terror  


Bizi "telegram"da izləyin