Somalidə hərbi təlim bazasına hücum olub, 25 əsgər ölüb

2023/06/1685940334.jpg
Oxunub: 165     14:57     24 İyul 2023    
Somalinin paytaxtı Moqadişuda hərbi təlim bazasına intiharçı hücumu nəticəsində 25 əsgər həlak olub.

Ordu.az xəbər verir ki, Anadolu Agentliyinin müxbirinin yerli Müdafiə Nazirliyi rəsmilərindən aldığı məlumata görə, səhər saatlarında Moqadişonun Hodan rayonundakı Jaalle Siyad Hərbi Akademiyasına intiharçı hücumu həyata keçirilib.

Hücumda 25 əsgər həyatını itirib, 60-a yaxın əsgər isə yaralanıb.

Yaralı əsgərlər Moqadişu Hərbi Tibb Mərkəzi və Rəcəb Tayyib Ərdoğan Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Partlayışla bağlı araşdırmalara başlanılıb. Hücuma görə məsuliyyəti "Əş-Şəbab" terror təşkilatı öz üzərinə götürüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Somali   Terror  


Bizi "telegram"da izləyin