Ordu.az xəbər verir ki, HAVELSAN 25-28 iyul tarixlərində İstanbulda keçiriləcək “16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF 2023)” öz fəaliyyət sahələrindəki son inkişafları yerli və xarici ziyarətçilərlə bölüşəcək. Sərgidə şirkət "rəqəmsal birlik" konsepsiyası çərçivəsində inkişafını davam etdirən insansız quru platformalarının son vəziyyətini nümayiş etdirəcək.
HAVELSAN Məhsul İnkişafı və İstehsal Direktoru Veysel Ataoğlu, "Barkan I" vasitəsi ilə robototexnika və avtonom sistemlər üzərində işə başladıqlarını və təxminən 1,5-2 il ərzində sınaq fəaliyyətləri həyata keçirdiklərini söyləyib.
"Barkan II"nin inventarlaşdırıldığını bildirən Ataoğlu qeyd edib: "TSQ platformanı yaxın gələcəkdə bölgədə və müxtəlif coğrafiyalarda sınaqdan keçirəcək və onları yaxından izləyəcəyik".
"Baha" və "Barkan"ın "rəqəmsal birlik" çərçivəsində birlikdə hərəkət etdiyini qeyd edən Ataoğlu, bu sahədə də araşdırmalar həyata keçirdiklərini bildirib.
Sevinc Əliyeva
Ordu.az