Almaniya tezliklə Ukraynaya yeni tank mərmiləri tədarük edəcək

2023/07/1690089272.jpg
Oxunub: 3     00:47     23 İyul 2023    
Almaniya tezliklə Ukraynaya yeni tank mərmiləri verəcək.

Ordu.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Belə ki, "Rheinmetall" şirkəti zenit mərmilərinin istehsalını artırmaq üçün bir neçə ay ərzində Unterlyuisdəki (Aşağı Saksoniya) zavodunda yeni xətti işə salıb.

"Rheinmetall" şirkətinin rəhbəri Armin Papperger deyib ki, mərmilər hər gün yeni hücumlardan qorxan Kiyev və digər şəhərlərin sakinləri üçün vacibdir.

Nəşr qeyd edir ki, Berlin Ukraynaya 40 "Gepard" özüyeriyən zenit-raket kompleksi çatdırıb. Ümumilikdə "Rheinmetall" müdafiə konserni Ukraynaya "Gepard" üçün 300 min 35 mm-lik mərmi tədarük edəcəyinə söz verib. Amma bu il cəmi 40 min ədəd göndəriləcək. ︎

Bundan əvvəl Londonda keçirilən Ukraynanın yenidənqurulması konfransında Almaniyanın Ukraynaya 45 Gepard” özüyeriyən zenit-raket kompleksini tədarük edəcəyi bildirilib.

İyulun 13-də Almaniya hökuməti Ukraynaya yeni hərbi yardım paketini artıq köçürdüyünü bəyan edib. Hərbi yardım paketinə 6 “Gepard” özüyeriyən zenit-raket kompleksi, 3 230 ədəd 155 mm-lik artilleriya mərmisi, IRIS-T SLM hava hücumundan müdafiə sistemi üçün 10 lazer təyinedicisi və eyni sayda atəşə nəzarət sistemi daxildir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ukrayna   Tank  


Bizi "telegram"da izləyin