ABŞ və Britaniyanın nümayəndələri İranı müzakirə ediblər

2023/07/a2c7d-1689882724.jpg
Oxunub: 3     23:40     20 İyul 2023    
ABŞ və Böyük Britaniyanın nümayəndələri birgə sanksiyalar siyasətini və digər ölkələrlə qarşılıqlı əlaqələri müzakirə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Rəsmilər ikitərəfli koordinasiya ilə yanaşı, sülh və beynəlxalq təhlükəsizliyə təhdidlərin aradan qaldırılması üçün sanksiyaların məqsədyönlü, qanuni və səmərəli istifadəsində kollektiv liderlik nümayiş etdirmək üçün tərəfdaşlarla birgə səylərin genişləndirilməsini müzakirə ediblər.

Vaşinqton və London İran, Myanma və Sudan da daxil olmaqla, BMT və digər sanksiya rejimləri üzrə koordinasiyanı gücləndirməyə davam edəcəklərini vəd ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Britaniya  


Bizi "telegram"da izləyin