Ordu.az xəbər verir ki, bu barədə İsrailin dövlət televiziyası I24 bildirib.
Bu kontekstdə Ermənistan ordusunun son günlər sərhəddə və Qarabağ bölgəsində həyata keçirdiyi təxribatlar zamanı PUA-lar yerləşdirdiyi barədə müxtəlif KİV-lər məlumat yayıb.
Lakin Ermənistan tərəfi bu cür xəbərləri təkzib edib. Bundan əlavə, 2022-ci ilin oktyabrında “Middle East Monitor” yazıb ki, Ermənistan İran istehsalı olan PUA-lar almaq üçün rəsmi müraciət edən 22 ölkədən biridir.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı, general-mayor Yahia Rəhim Səfəvinin baş hərbi köməkçisi bildirib ki, Ermənistan İran ilə PUA-ların alınması müqaviləsi üçün Tacikistan, Serbiya, Əlcəzair, Venesuela və digər ölkələrə qoşulub.
Sevinc Əliyeva
Ordu.az