Fransada terrorçu qatarı ələ keçirdi - Stansiyaya girişlər bağlandı

2023/07/franc-1689769302.jpg
Oxunub: 6551     16:10     19 İyul 2023    
Polis Fransanın şimalındakı Lilldə (Şimal Departamenti) qatarlardan birində terrorçunun olması barədə hüquq-mühafizə orqanlarına daxil olan məlumatlara görə sərnişinləri və stansiyanın əməkdaşlarını təxliyə edib.

Ordu.az xəbər verir ki, “əməliyyat “Lill-Avropa” stansiyasında “qatarda terrorçunun olması barədə zəngdən sonra həyata keçirilir”.

Bildirilir ki, söhbət Paris - Lill marşrutu üzrə gedən kompozisiyadan gedir.

Stansiyaya girişlər bağlanıb, binada xüsusi təyinatlılar işləyir.

Lil-Avropa stansiyası Fransa və Avropa yüksək sürətli xətlər şəbəkəsinə inteqrasiya olunub, Brüssel və Londona qatarlar oradan keçir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Terrorçu  


Bizi "telegram"da izləyin