“Heyrətə gəlirəm ki, hələ də Arayikin həqiqətən də Qarabağı qorumaq istədiyini düşünənlər var” - Erməni hərbi ekspert

2021/02/Karen-1612938366.jpg
Oxunub: 314     14:03     19 İyul 2023    
“Arayik və komandası nəinki “mühasirə ssenarisi” ehtimalını azaltmaq üçün heç nə etmədi, həm də Qarabağın belə bir ssenariyə maksimum dərəcədə hazır olmaması üçün hər şeyi etdi”.

Ordu.az xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Vrtanesyan “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, bir çoxları Arayik Harutyunyanın nümayişini (oturma aksiyasını) mənasız və çarəsiz adlandırır.

“Düzünü desəm, mən heyrətə gəlirəm ki, hələ də Arayikin həqiqətən də Qarabağı qorumaq istədiyini düşünənlər var. “Qarabağın mühasirəsi”nin qaçılmazlığı 10 noyabr üçtərəfli bəyanatının dərcindən sonra da aydın oldu. Mətnin dərc olunduğu ilk saatlardan bəri dəfələrlə bu barədə danışılıb. Heç kim bugünkü vəziyyətin gözlənilməz olduğunu iddia etməsin. Niyə Arayik Zabux və Laçının təhvil verilməsinə kömək edirdi, Nikolun yenidən seçilməsini Qarabağdan kimlər dəstəkləyirdilər?”, - deyə Vrtanesyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Arayik   Qarabağ   Azərbaycan  


Bizi "telegram"da izləyin