Ordu.az xəbər verir ki, Şimali Koreya bu yaxınlarda Pxenyanın nüvə zərbəsi qüvvələrinin əsası kimi təsvir etdiyi sonuncu “Hwasong-18” raketini ölkənin şərq sahilləri yaxınlığında buraxıb.
Cənubi Koreya HDQ üçtərəfli təlimin ilk dəfə olaraq Cənubi Koreya və Yaponiya arasındakı beynəlxalq sularda üç ölkənin “Aegis” radar sistemləri ilə təchiz edilmiş esmineslərini bir araya gətirdiyini açıqlayıb.
Cənubi Koreya HDQ-nin yüksək rütbəli zabiti bildirib ki, Şimali Koreyanın nüvə və raket təhdidlərinə onların orduları güclü cavab sistemi və üçtərəfli əməkdaşlıq ilə effektiv şəkildə müqavimət göstərəcək.
Sevinc Əliyeva
Ordu.az