Ordu.az xəbər verir ki, bunu BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo deyib.
Onun sözlərinə görə, Son bir neçə gün ərzində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin mütəxəssisləri AES-dən müəyyən məsafədə silsilə partlayışlar eşidiblər:
“Bu, hərbi münaqişə zamanı obyekti təhdid edən potensial nüvə təhlükəsizliyi risklərinin aydın xatırladılmasıdır”.
Zaporojye Avropanın ən böyük Atom Elektrik Stansiyasıdır. 2022-ci ilin fevral ayının sonunda Ukraynaya məxsus obyekt Rusiya ordusu tərəfindən nəzarətə götürülüb.
Ordu.az