KİV: Şarl Mişel Zelenskini Aİ sammitinə dəvət etmək fikrindən daşınıb

2023/07/1689579778.jpg
Oxunub: 5120     11:25     17 İyul 2023    
Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel Ukrayna Prezidenti Volodimir Zelenskini iyulun 17-18-də Brüsseldə keçiriləcək Avropa İttifaqı-Latın Amerikası və Karib Hövzəsi Dövlətləri Birliyinin (CELAC) sammitinə dəvət etmək fikrindən daşınıb.

Ordu.az xəbər verir ki, bu barədə İspaniyanın “La Vanguardia” qəzeti məlumat yayıb.

Materialda deyilir ki, ukraynalı siyasətçi sammitdə iştirak etmək üçün birbaşa müraciət etsə də, Çarlz Mişelin simasında aparıcı onu dəvət etməmək qərarına gəlib. Qeyd edilir ki, Ukraynadakı müharibə fonunda Avropanın Amerika qitəsində müttəfiqlərə ehtiyacı var. Avropa İttifaqı tədbirdə belə əlaqələr yaratmağı qarşısına məqsəd qoyub.

Buna baxmayaraq, avropalı diplomatlar Ukraynanın Aİ liderlərinin ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı müzakirəsində iştirak edəcəyinə əminliklərini ifadə edirlər.

V.Zelenski bildirib ki, Ukrayna bütün Avropanın təhlükəsizliyini təmin etməyə hazırdır. CELAC sammitinin başlamasına bir neçə həftə qalmış İspaniyanın Baş naziri Pedr Sançes Ukrayna liderini Latın Amerikası sammitində iştiraka dəvət edib. Lakin digər ərazi liderləri buna qarşı çıxdılar. Venesuela parlamentinin Xarici Siyasət Komissiyasının sədr müavini İleniya Karrasko bildirib ki, Zelenskinin sammitdə iştirakı yersizdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mişel   Zelenski     Sammit  


Bizi "telegram"da izləyin