Alyaskada güclü zəlzələ olub, sunami təhlükəsi elan olunub

2023/02/4-1675825464.jpg
Oxunub: 230     11:09     16 İyul 2023    
Alyaskada 7,4 maqnitudalı zəlzələ olub.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri minə yaxın insanın yaşadığı Sand-Point yaşayış məntəqəsindən 106 km cənubda yerləşib.

Yeraltı təkanın ocağı 9,3 km dərinlikdə olub.

Bölgədə sunami təhlükəsi elan olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Alyaska   Zəlzələ  


Bizi "telegram"da izləyin