Böyük Britaniya F-35B-ni ilk dəfə magistral yolda istifadə etməyə çalışacaq

2023/07/1689400978.jpg
Oxunub: 7     10:43     16 İyul 2023    
Böyük Britaniyanın F-35B Birgə Hücum Təyyarələri və “Typhoon” FGR4 çoxməqsədli döyüş təyyarələri Rusiyanın Avropaya potensial təcavüzü fonunda sürətlə böyüyən tendensiya olan paylanmış əməliyyat strategiyasının bir hissəsi kimi yaxın gələcəkdə magistral yollardan da istifadə ediləcək.

Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələri (RAF) “Typhoon”lardan istifadə edə biləcəyi variantları genişləndirməyə başlasa da, F-35B-lərin magistral yollarda da istifadə edilməsinin planlaşdırıldığı açqlaması yeni bir inkişafdır, F-35B-nin qısa qalxma və şaquli eniş (STOVL) imkanlarını nəzərə alsaq, bu, əhəmiyyətli məna kəsb edir.

Yekun planlar Londonda keçirilən Qlobal Hava və Kosmos Rəhbərləri Konfransı zamanı RAF-ın hava və kosmos komandiri Hava marşalı Harvi Smit tərəfindən açıqlanıb və ilk olaraq “Aviation Week”in müdafiə redaktoru, “The War Zone”un etibarlı dostu Stiv Trimble tərəfindən məlumat verilib.

Smit təsdiqləyib ki, RAF “Typhoon”ları bir neçə aydan sonra Finlandiyaya səfər edəcək və orada magistral yollardan nümayişlər həyata keçirəcək.

O bildirib ki, F-35B-lər çox güman növbəti 12 ay ərzində Böyük Britaniyadakı yerlərdə də eyni şeyi edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   F-35B  


Bizi "telegram"da izləyin