Ukraynada Rusiyanın ordu generalı zərərsizləşdirilib

2023/07/16558-1689319614.jpg
Oxunub: 6014     11:21     14 İyul 2023    
Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin Rusiyanın işğalı altında olan Berdyansk şəhərində RF-nin ordu generalı Olaq Tsokovu zərərsizləşdirib.

Ordu.az “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukraynanın Mariupol şəhəri merinin müşaviri Pyotr Andryuşenko bildirib.

Məlumata görə, Ukrayna müdafiəçiləri Berdyanskda Rusiya hərbçilərinin yerləşdiyi “Dyuna” mehmanxanasını bombalayıb. Nəticədə Rusiyanın oteldəki hərbi rəhbərləri də ölüb. Onların arasında ordu generalı Oleq Tsokov da var.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı da bu məlumatı təsdiqləyib. Qərargahın sözçüsü Andrey Kovaleyov bildirib ki, işğalçılar bütün gecəni rusiyalı hərbçilərin meyitlərini yerli morqa daşıyıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya   Ordu   General  


Bizi "telegram"da izləyin