Litva hazırlığa başladı - “Patriot” sistemləri yerləşdirildi

2023/07/patri-1688994140.jpg
Oxunub: 229     16:42     10 İyul 2023    
Litvanın paytaxtı Vilnüsdə sabah başlayacaq NATO sammiti üçün Almaniyanın “Patriot” hava hücumundan müdafiə sistemləri artıq hava limanında yerləşdirilib.

Ordu.az xəbər verir ki, aprel ayında Finlandiyanın iştirakı ilə sayı 31-ə yüksələn üzv ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı, İsveç, Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya liderləri də sammitə qatılacaq.

Sammitdən öncə Litvanın paytaxtında yüksək səviyyəli təhlükəsizlik tədbirləri görülüb.

Qeyd edək ki, sammiti iyulun 11-12-də Vilnüsdə - Rusiya sərhədindən təxminən 300 kilometr aralıda keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Patriot  


Bizi "telegram"da izləyin