Bayden bir sıra Avropa ölkəsinə səfər edəcək

2021/05/sfsdf-1620107368.jpg
Oxunub: 1726     20:48     09 İyul 2023    
ABŞ Prezidenti Co Bayden 9-13 iyul tarixlərində Böyük Britaniya, Litva və Finlandiyaya səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, C.Bayden ilk növbədə Londona səfər edəcək və Kral III Çarlz və baş nazir Rişi Sunak ilə danışıqlar aparacaq. Daha sonra ABŞ Prezidenti Litvaya yollanacaq və Vilnüsdə NATO-nun 74-cü sammitində iştirak edəcək.

Son olaraq C.Baydden Finlandiyaya səfər edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ     Bayden  


Bizi "telegram"da izləyin