Ordu.az xəbər verir ki, Fərdi Olaraq Uyğunlaşdırılmış Tərəfdaşlıq Proqramı (ITPP) üç strateji məqsədlə 16 əməkdaşlıq sahəsindən ibarətdir: dialoqu gücləndirmək, qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq və davamlılığı dəstəkləmək.
Əməkdaşlığın bir istiqaməti NATO qüvvələrinin və Yaponiya Özünümüdafiə Qüvvələrinin bacarıqlarının inkişaf etdirilməsi və qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılmasıdır.
Sənəddə qeyd edilir ki, Yaponiya və NATO qabiliyyət və qarşılıqlı fəaliyyətin inkişafı və standartlaşdırma sahələrində səmərəli əməkdaşlıq edəcəklər.
Sevinc Əliyeva
Ordu.az